İran XİN-dən Pezeşkianın Bakı səfərinə reaksiya

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çox önəmlidir.
"Cebheinfo.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran prezidentinin bu səfərinin hazırlanması üçün aylarla səy göstərilib:
"Bu səfər iki ölkə arasında yeni səhifə aça bilər. İranın Azərbaycanla əlaqələri çox önəmlidir".
Bəqai bildirib ki, Cənubi Qafqazda sülh və stabilliyin İran üçün əhəmiyyəti var.
"Həm tarixi, mədəni və dini bağlara sahib iki ölkə olaraq ikitərəfli əlaqələrin yüksəldilməsi, həm də Cənubi Qafqazın stabilliyində təyinedici rola sahib ölkə kimi Azərbaycan İran üçün əhəmiyyət kəsb edir.
İqtisadi, ticarət, sənaye və digər sahələrdə çoxlu sayda razılaşma və anlaşma sənədinin imzalanmasına şərait yaranacağı gözlənilir”, - deyə o bildirib.
"Cebheinfo.az"