Sergen Yalçından "Qalatasaray"ın ulduzuna şok sözlər

Texniki direktor və şərhçi Sergen Yalçın "Qalatasaray"ın "Eyüpspor"u 5:1 hesabı ilə məğlub etdiyi oyundan sonra açıqlamalar verib.
“Cebheinfo.az” xəbər verir ki, Yalçın "Qalatasaray"ın performansını tərifləyərək komandanın hücumçusu Osimheni yüksək qiymətləndirib. Lakin sağ cinah müdafiəçisi Frankovskinin komandaya yaraşmadığını bildirib.
S,Yalçın hücumçu Osimhen haqqında "Qalatasarayın çox ciddi bir hücumçusu var. Digər komandalar üçün eyni şeyi deyə bilmərik" ifadələrini işlədib.
Sergen Yalçın sözlərinə belə davam edib:
"Arxa xəttə baxırsan, “Eyüpspor” uzun ötürmələr edir, amma hər topu Davinson Sanchez qarşılayır. Sanchez ikili mübarizələri qazanır, havadakı topları o götürür. Topu sinəsi ilə qəbul edib oyuna düzgün yönləndirir. Müdafiə xəttində də ciddi problemləri yoxdur".
Frankovskinin performansından narazı qalan Sergen Yalçın belə deyib:
"Sağ cinah müdafiəçisi “Qalatasaray”a yaraşmır. Belə sağ cinah müdafiəçisi “Qalatasaray” üçün uyğun deyil. Okan Buruk da bu boşluğu gördü və 45-də müdaxilə edərək Kaan Ayhanı meydana buraxdı. Əgər belə bir sağ cinah müdafiəçisi alacaqsansa, nəyə lazım idi ki? Onsuz da Kaan Ayhan oynayırdı. Əgər çox güclü, vazkeçilməz bir sağ cinah müdafiəçisi transfer etsəydin, anlayışla qarşılayardım. Axı əvvəllər “Qalatasaray”da Sacha Boey kimi oyunçular çıxış edib. Bu mövqedə problem var və bu cür seçimlərlə düzəlmir".
Əfsanə Rəcəb
“Cebheinfo.az”