Evdə qanunsuz neft saxladı: 5 nəfər öldü

Evdə qanunsuz neft saxladı: 5 nəfər öldü

Nigeriyanın neftlə zəngin Rivers əyalətində qeyri-qanuni neftin saxlanıldığı evdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Rivers ştatının Omoku bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən neftin emal edildiyi və saxlandığı evdə baş verib.

Partlayışda 5 nəfər yanaraq ölüb, çoxlu sayda insan yaralanıb.

Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir. Ölkədə neft oğurluğunun artması ölkə iqtisadiyyatına ciddi ziyan vurur.

Hökumət ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox itkiyə məruz qaldığını açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"