Maşını insanların üstünə sürdü:11 ölü

Maşını insanların üstünə sürdü:11 ölü

İlkin məlumatlara görə, Kanadanın Vankuver şəhərində küçə festivalında bir şəxsin avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Vankuver polis rəisi Steve Rai mətbuat konfransında "şəhər tarixinin ən qara günü" olaraq xarakterizə etdiyi hadisə ilə bağlı açıqlamalar verib. Rai bildirib ki, yerli vaxtla saat 20:00 radələrində Filippin icmasının küçə festivalında sürücünün izdihamı üzərinə sürməsi nəticəsində ilkin məlumatlara görə 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Nəqliyyat vasitəsinin sürücüsünün saxlanıldığını bildirən Rai ölənlərin sayının arta biləcəyini deyib. 

O, sürücünün psixi sağlamlıq problemləri olduğunu və bu məsələ ilə bağlı əvvəllər bir neçə dəfə polislə əlaqə saxladığını deyib. Vankuver Polis Departamenti açıqlamasında hadisənin "terror aktı olmadığını" bildirib. 

Kanadanın Baş naziri Mark Karni “X” sosial media hesabından verdiyi açıqlamada Filippin ictimaiyyətinin Lapu Lapu festivalında baş verən hadisələrdən dərin kədərləndiyini bildirib. Karni həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara, ailələrinə və ölkədəki Filippinlilərə tezliklə şəfa diləyib və vəziyyəti yaxından izlədiklərini deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"