"Oskar"lı aktyorun ölüm səbəbi açıqlandı

"Oskar" mükafatlı aktyor Gene Hackmanın ölüm səbəbi vəfatından iki ay sonra rəsmi olaraq elan edilib.
“Cebheinfo.az” xəbər verir ki, onun ölüm səbəbi irəliləmiş Alzheimer xəstəliyi və ürək problemləri olub.
Aparılan araşdırmalara görə, Hackmanın həyat yoldaşı Betsi Arakavanın sənətçidən təxminən bir həftə əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, Hackman irəliləmiş Alzheimer xəstəliyi səbəbindən həyat yoldaşının ölümündən xəbərsiz ola bilərdi.
Hazırlanan hesabatda Gene Hackmanın tibbi keçmişi də ətraflı şəkildə yer alıb. Aktyorun konjestiv ürək çatışmazlığı, ağır xroniki hipertenziya dəyişiklikləri və böyrək xəstəliyi olduğu qeyd edilib.
Otopsiya nəticələrinə görə, Hackman 2019-cu ildən bəri ürək pilindən istifadə edirmiş. Həmçinin Alzheimer xəstəliyinə bağlı ciddi nevroloji pozuntuları da aşkarlanıb.
Bundan başqa, Hackmanın ürəyində koronar arteriya stentləri olduğu, daha əvvəl aorta qapağının dəyişdirildiyi, ağır damar sərtliyi və hipertenziyalı ürək xəstəliyinə malik olduğu dəqiqləşib.
Beyin toxumalarının mikroskopik araşdırmaları zamanı isə irəliləmiş Alzheimer xəstəliyinin izlərinə rast gəlinib. Hackmana edilən hantavirus testi isə mənfi çıxıb, bu da onun həyat yoldaşının ölümünə səbəb olan virusun Hackmana keçmədiyini göstərib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”