Tanınmış aktyor "Sahipsizler"də çəkiləcək

Türkiyənin "Star" telekanalının yüksək reytinqli seriallarından olan "Sahipsizler"in heyətinə daha bir məşhur qatılıb.
"Cebheinfo.az" xəbər verir ki, tanınmış aktyor Ali Öner də ekran işində çəkiləcək.
O, layihədə "Fırat" obrazına həyat verəcək.
Qeyd edək ki, sənətçi "O Kız", "Seni Kalbime Sakladım", "Teşkilat", "Mahrem" və "Kuruluş Osman" kimi seriallarda rol alıb.
Aslan
"Cebheinfo.az"