Tramp daimi atəşkəs istəyir - AĞ EV

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir.
Bunu Ağ evin sözçüsü Kerolayn Livit deyib.
O bildirib ki, Tramp hər iki ölkənin liderlərindən getdikcə daha çox məyus olur.
"Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir. Prezidentin Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir, çünki o, sülhməramlı prezident olmaq istəyir", - açıqlamada qeyd olunub.
"Cebheinfo.az"