Bu ölkələrin hərbi xərcləri rekord qırır

Bu ölkələrin hərbi xərcləri rekord qırır

2024-cü ildə qlobal hərbi xərclər, geosiyasi gərginliklərin təsiri ilə əvvəlki ilə nisbətən real olaraq 9,4% artaraq 2 trilyon 718 milyard dollara çatıb və bu, yeni bir rekord səviyyədir.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu artım xüsusilə Avropa və Orta Şərqdəki hərbi xərclərin kəskin yüksəlməsi ilə əlaqələndirilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, qlobal hərbi xərclər son 10 ildə ardıcıl olaraq artıb və 2024-cü ildə Soğuk Müharibənin bitməsindən bəri ən kəskin illik artım qeydə alınıb. Şəxsi başına düşən hərbi xərclər isə 334 dollara çataraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

2024-cü ildə ən çox hərbi xərcləmə edən beş ölkə ABŞ (997 milyard dollar), Çin (314 milyard dollar), Rusiya (149 milyard dollar), Almaniya (88,5 milyard dollar) və Hindistan (86,1 milyard dollar) olub. Bu beş ölkənin xərcləri ümumilikdə dünya hərbi xərclərinin 60%-ni təşkil edib.

Türkiyənin hərbi xərcləri 2015-2024 dövründə 110% artaraq 25 milyard dollara çatıb. Ötən ilki artım isə 12% olub.

Almaniya 2024-cü ildə hərbi xərclərini 28% artıraraq 88,5 milyard dollara yüksəldib və ilk dəfə olaraq Hindistanı geridə qoyaraq dünyada 4-cü sıraya yüksəlib. Bu artım, Almaniyanın 2015-2024 dövründəki ümumi artımının 89% olduğunu göstərir.

Rusiya 2024-cü ildə hərbi xərclərini 38% artıraraq 149 milyard dollara çatdırıb ki, bu da ölkənin ÜDM-nin 7,1%-nə bərabərdir.

Ukraynanın hərbi xərcləri isə 2,9% artaraq 64,7 milyard dollara yüksəlib və bu, ölkənin 2024-cü il ÜDM-nin 34%-ni təşkil edib.

İsrailin hərbi xərcləri isə 2024-cü ildə 65% artaraq 46,5 milyard dollara çatıb.

"Cebheinfo.az"