Avtobusdan düşmək istəyən 3 qadın yıxılaraq xəsarət aldı

Avtobusdan düşmək istəyən 3 qadın yıxılaraq xəsarət aldı

Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib.

Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"