Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə aprelin 21-27-də 36 tank əleyhinə mina, 35 piyada əleyhinə mina, 574 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1925,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

"Cebheinfo.az"