İlon Maskın şok planı: Hədəfinə çata biləcək?

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask, doğum nisbətinin aşağı düşməsi səbəbindən “sivilizasiyanın dağılması”nın qarşısını almaq üçün genetik “legion” yaratmağı planlaşdırır.
“Cebheinfo.az” xəbər verir ki, Mask bu məqsədlə 5 min uşaq sahibi olmağı planlaşdırır.
Belə ki, o, özü kimi “zəkalı” insanların sayının artmasının vacib olduğuna inanır.Maskın 5 min uşaq hədəfi birbaşa ifadə etdiyi konkret bir rəqəm olmasa da, Roma imperiyasına olan heyranlığı səbəbindən “legion” bənzətməsini işlətmişdi.
Sonuncu övladının anası Eşli Sent Klerlə yazışmalarında Mask, “Qiyamətdən öncə legion səviyyəsinə çatmaq üçün daşıyıcı analara ehtiyacımız olacaq”, demişdi.
Antik Romada bir legion adətən 5 min əsgərdən ibarət olurdu. İndiyədək dörd qadından 14 övladı olduğu bilinsə də, Maskın əslində daha çox uşağının olduğu iddia edilir.
Qadın kimi hiss etdiyini deyərək Maskla münasibət qurmaqdan imtina edən oğlu Vivian neçə ögey bacı-qardaşı olduğunu bilmədiyini bildirib.
İddialara görə, Mask xüsusilə süni mayalanma (tüp bebek) üsulu ilə doğulacaq uşaqların cinsiyyətini və hətta zəkasını əvvəlcədən seçməyi üstün tutur.
Vivian bildirib ki, bacı-qardaşlarının əksəriyyəti oğlandır və atasının cinsiyyət seçimində təsirli olduğunu qeyd edib.
Üstəlik, Mask müasir dünyanın gözəllik standartlarına uyğun olmayan, lakin zəkalı hesab etdiyi qadınlarla münasibət qurmağa üstünlük verir.
Lakin belə bir çoxalma strategiyası həm etik, həm də sosial baxımdan ciddi müzakirələr doğurur.
Bildirilir ki, Mask hazırda Texas ştatının paytaxtı Ostindəki lüks malikanəsində bir neçə uşağı və onların anaları ilə birlikdə yaşayır.
Maskın həmçinin Yaponiya rəsmilərinin ondan sperma istədiyini dediyi də məlum olub.
Əfsanə Rəcəb
“Cebheinfo.az”