Bıçaqla insanlara hücum etdi: Yaralılar var

Bıçaqla insanlara hücum etdi: Yaralılar var

Cənubi Koreyanın Çeonqju şəhərində orta məktəb şagirdinin bıçaqla hücumu nəticəsində 6 nəfər yaralanıb.

"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, paytaxt Seuldan 110 kilometr cənubda yerləşən Çeonqjuda liseydə təhsil alan şagird məktəbə bıçaqlı hücum edib.

Hadisə zamanı biri müəllim olmaqla 6 nəfərin üz və qarın nahiyəsindən xəsarət aldığı bildirilib.

Yaralılara xəstəxanada tibbi yardım göstərilib.Məktəbin xüsusi təhsil proqramına daxil olan şagirdin hücumdan sonra yaxınlıqdakı su çəninə atıldığı, lakin tutulduğu bildirilir.

Bildirilib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir və hadisə şahidlərinin ifadələrini alır.

Nigar Hacılı 
"Cebheinfo.az"