Tramp: “Bombalamaq lazım gəlməyəcək”

ABŞ Prezidenti Donald Tramp tam əmindir ki, onun administrasiyası nüvə proqramı ilə bağlı İran İslam Respublikası ilə razılığa gələ biləcək.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Morristaun hava limanında jurnalistlərə açıqlamasında belə deyib.
“İranla bağlı vəziyyətə gəlincə, düşünürəm ki, hər şey bizim üçün çox yaxşı gedir. İnanıram ki, razılaşma əldə oluna bilər. Bu baş verəcək, demək olar ki, əminəm, olacaq. Hər halda, bizim nəyimizsə olacaq və ətrafdakı hər şeyi bombalamağa başlamaq lazım gəlməyəcək”,- deyə ABŞ Prezidenti bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”