Rusiyada futbol hakimi oyun zamanı vəfat edib

Rusiyada futbol hakimi oyun zamanı vəfat edib

Rusiyanın Krasnoyarsk vilayətində futbol hakimi Artur İksanov oyun zamanı vəfat edib.

"Report" qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı hakim Açinskdəki "Stroitel" stadionunda Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş turnir zamanı ölüb.

Hakimin qəfil huşunu itirdiyi və yerə yıxıldığı bildirilib. 5 dəqiqə sonra meydana təcili yardım briqadası gəlib. Lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Üç övladı olan hakimin ölümünün ilkin səbəbi kimi ürək dayanması göstərilib.

"Cebheinfo.az"