Ronaldoya böyük sürpriz: Marağa səbəb oldu - FOTO

Karyerasını Səudiyyə Ərəbistanının Peşəkar Liqasının “Əl-Nassr” klubunda davam etdirən futbolun canlı əfsanəsi Kriştiano Ronaldo rəqəmsal oyun personajına çevrilib.
“Cebheinfo.az” xəbər verir ki, o, Portuqaliya millisinin forması ilə “FATAL FURY: Wolves City” adlı döyüş oyununda yer alıb.
“X” (keçmiş Twitter) hesabında paylaşım edən Ronaldo, azarkeşlərinə futbol bacarıqları ilə döyüşdüyü bu oyunu yükləyə biləcəklərini bildirib.
Ronaldonun “FATAL FURY: Wolves City” adlı bu oyunda iştirakı həm futbol, həm də oyun dünyasında böyük marağa səbəb olub.
Əfsanə Rəcəb
“Cebheinfo.az”