Bakıda keçiriləcək UFC yarışına bilet satışı başladı

Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, biletləri iTicket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.
"Cebheinfo.az"