Bu kredit təşkilatı bağlandı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.
"Cebheinfo.az" AMB-yə istinadən xəbər verir ki, lisenziya könüllü müraciət əsasında ləğv olunub.
BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
"Cebheinfo.az"