Şagird qətliam törətdi: 1 ölü, 3 yaralı

Şagird qətliam törətdi: 1 ölü, 3 yaralı

Fransanın Nant şəhərində orta məktəb şagirdinin bıçaqla hücumu nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə günorta saatlarında Nantdakı Notre-Dam-de-Toutes-Aides liseyində baş verib. 15 yaşlı orta məktəb şagirdi bıçaqla məktəbin həyətinə girərək iki fərqli sinifdə oxuyan dostlarına hücum edib. İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb. 

Milli mətbuatın səlahiyyətli mənbələrdən əldə etdiyi məlumata görə, ağır yaralanan tələbələrdən biri həyatını itirib. Hücumçunun məktəbdəki müəllimlər tərəfindən çətinliklə dayandırıldığı, hadisə yerinə polis və tibb qruplarının göndərildiyi bildirilib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"