İllər sonra yenidən Premyer Liqada

İllər sonra yenidən Premyer Liqada

Azərbaycan I Liqasında 23-cü tura yekun vurulub. 

"Cebheinfo.az" xəbər verir ki, bugünkü görüşlər həm çempionun, həm də Premyer Liqaya vəsiqəni təmin edən komandaların müəyyənləşməsi ilə əlamətdar olub. 

“Karvan” “Cəbrayıl”la görüşdən qalib ayrılıb - 2:0. 

“İmişli” isə səfərdə “Zaqatala”ya eyni hesabla qalib gəlib.

Bununla da sona 4 tur qalmış, “İmişli” və “Karvan” ilk üçlükdəki yerini təmin edərək uzun illər sonra Premyer Liqaya vəsiqə qazanıblar. “Qəbələ” isə buna çempion kimi nail olub.

"Cebheinfo.az"