“Turan Tovuz” “Şamaxı” ilə bacarmadı

“Turan Tovuz” “Şamaxı” ilə bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Turan Tovuz” evdə “Şamaxı”nı sınağa çəkib. Qarşılaşmanı Kamal Umudlu idarə edib. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu turun “Kəpəz” – “Zirə” (25 aprel), “Səbail” – “Araz-Naxçıvan”, “Sabah” – “Qarabağ” (hər ikisi 27 aprel), “Sumqayıt” – “Neftçi” (28 aprel) oyunları qarşıdakı günlərdə keçiriləcək.

Azərbaycan Premyer Liqası
32-ci tur
25 aprel

“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 19:00.

"Cebheinfo.az"