Trampın inaqurasiyasına ən çox pul xərcləyən şirkətin adı açıqlandı

Trampın inaqurasiyasına ən çox pul xərcləyən şirkətin adı açıqlandı

"Piligrim's Pride" quşçuluq şirkəti Prezident Donald Trampın andiçmə mərasiminin başlıca sponsoru olub.

Bu barədə  Oxu.Az "The Wall Street Journal" qəzetinə istinadla xəbər verir.

Sözügedən şirkət dövlət başçısının andiçmə mərasiminə beş milyon dollar sərmayə qoyub. Əsas "donorlar" arasında daha üç təşkilat olub - "Ripple", "Robinhood Markets" və "Coinbase Inc".

Birincisi inaqurasiyaya beş milyon dollardan bir qədər az, ikincisi iki, üçüncüsü isə bir milyon dollar xərcləyib.

Bildirilir ki, bəzi sahibkarlar mərasimə maliyyə yatırımlarından sonra mühüm dövlət vəzifələrini tutublar.

"Cebheinfo.az"