Əsl Ermənistan haradır? - Paşinyandan şok açıqlama

“Dünən Biznes Forum iştirakçılarına “Real Ermənistan” ideologiyasını təqdim etdim, sonra isə onlardan Kirantsa (Günən-red.) birlikdə getmələrini xahiş etdim”.
“Cebheinfo.az”-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində belə yazıb.
O qeyd edib ki, Günən “Real Ermənistan” ideologiyasının ilk təcəssümüdür.
“Dövlət sərhədinin demarkasiyası və delimitasiyası, təhlükəsiz və dinc həyat, yeni məktəb, bərpa edilmiş kilsə, əhalinin artması. Kirantsda 80 ev var idi, indi 43-ü də tikilir.
Əsl Ermənistan budur. “Real Ermənistan” ideologiyasının nə olduğunu praktiki olaraq görmək istəyənlərin hamısı Kirantsın yanına getsin. Kirantsa qulaq asma, get gör. Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, - deyə Baş nazir qeyd edib.
Müşfiq Abdulla
“Cebbheinfo.az”