Amerikada universitetlər Trampa qarşı birləşirlər

Amerikada universitetlər Trampa qarşı birləşirlər

ABŞ Prezidenti Donald Trampın universitetləri hədəf alan tənqidlərindən sonra universitetlərdən reaksiyalar gəlməyə başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Pprezidenti Donald Tramp başda Harvard olmaqla bir çox universiteti ağır tənqid edərkən, ökənin 18 universiteti, o cümlədən dövlət universitetləri Donald Trampın siyasi ritorikası və tətbiqlərindən sonra müqavimət göstərmək qərarına gəlib.

"Guardian" xəbər verir ki, İndiana Universitetinin Bloominqton Fakültə Şurası Rutgers Universitetinin rəhbərlik etdiyi 18 universitetdən ibarət Big Ten Akademi İttifaqı adlı alyansa qoşulub.

Qrupda Cənubi Kaliforniya Universiteti və Ohayo Dövlət Universiteti kimi institutlar var. Qrupun yaydığı bəyanatda məqsədin qurumların bütövlüyünü qorumaq olduğu, üzvlərdən birinin toxunulmazlığına məhəl qoymamağın bütün üzvlərə qarşı atılmış addım sayılacağı bildirilib.

İndiana Universitetinin bu addımı Federal Təhqiqatlar Bürosunun (FTB) professor Xiaofeng Vanqın evinə basqın etməsindən sonra atılıb.

Vanqın heç bir hüquqi sanksiya tətbiq edilmədən universitetdən qovulması ilə İndiana Universitetinin Bloominqton Fakültə Şurasının mövqeyi aydın oldu.

ABŞ-də Donald Tramp administrasiyası Fələstin tərəfdarı kampus etirazlarını və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək Harvard da daxil olmaqla bir çox universitet üçün federal maliyyəni dondurmaqla hədələyib.

Administrasiya, müxtəlif təşkilatlar tərəfindən Harvard Universitetinə verilən qrantların "vətəndaş hüquqları qanunlarına uyğun istifadə edilməsini təmin etmək üçün" 8,7 milyard dollardan çox qrantla bağlı araşdırma açdığını açıqlayıb.

Harvard Universiteti federal administrasiyanın bu təhdidinə cavab olaraq Trampın “universitetdə islahatlar aparılması” tələblərini qəbul etməyəcəyini açıqlayıb. 

Harvard Universitetinin professorları Tramp administrasiyasının məktəbə federal maliyyə ayırdığı 8,7 milyard dolları araşdırmaq qərarına etiraz edərək məhkəməyə müraciət ediblər.

Tramp administrasiyası həmçinin Harvard üçün 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.

Tramp son açıqlamasında “Harvard yolunu azıb. Harvard artıq öyrənmə yeri sayıla bilməz və dünyanın ən yaxşı universitetləri siyahısında olmamalıdır” demişdi.

ABŞ Daxili Gəlir Xidməti (IRS) Harvard Universitetinin vergidən azad edilməsini aradan qaldırmağı nəzərdən keçirdiyini açıqlayıb.

Nigar
"Cebheinfo.az"