Ağstafada minik maşını daşa çırpılıb: Xəsarət alanlar var

Ağstafada minik maşını daşa çırpılıb: Xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 1948-ci il təvəllüldü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"