Messi fanatların düşmənçiliyindən şikayətlənib

Messi fanatların düşmənçiliyindən şikayətlənib

Argentina millisinin və "İnter Mayami" komandasının hücumçusu Lionel Messi meksikalı fanatların ona qarşı düşmənçiliyindən şikayətlənib.

Oxu.Az xəbər verir ki, dünya ulduzu bu barədə "Simplemente Fútbol" "YouTube" kanalına müsahibəsində bəhs edib.

"Meksika yığmasının azarkeşləri özlərini rəqiblərimizin yerinə qoyurlar, amma bu rəqabət əslində mövcud deyil. Argentina və Meksika yığmaları arasında heç bir müqayisə yoxdur. Bunun haradan gəldiyini bilmirəm. Bu rəqabətin nə vaxt başladığnı və bu qəzəbin nə vaxt yarandığını, meksikalılara nə olduğunu bilmirəm", - deyə o bildirib.

"Cebheinfo.az"