Zelenski Ukrayna ordusunun Belqorod vilayətində irəlilədiyini açıqlayıb

Zelenski Ukrayna ordusunun Belqorod vilayətində irəlilədiyini açıqlayıb

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

“Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – Prezident vurğulayıb.

Eyni zamanda, o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.

“Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – ölkə başçısı söyləyib.

Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.

"Cebheinfo.az"