Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina uçub

Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina uçub

Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.

“Report” “Vanguard”a istinadən xəbər verir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.

Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.

"Cebheinfo.az"