Zülfiyyəyə 2 mahnıya görə 10 min? - Elgiz Allah şahidi

Elgiz Əkbər aşıq Zülfiyyə İbadovanın toyda qazandığı puldan danışıb.
"Cebheinfo.az" milli.az-a istinadən xəbər verir ki, teleaparıcı hadisəni belə nəql edib:
"Zülfiyyə xanım "aşıqlar arasında ən zəifi mənəm" deyir. Onun ən çox qazandığını gözümlə görmüşəm. Bir müğənni ilə məclisə getmişdim. Həmin toy 4 minə razılaşmışdılar. Yazıq müğənni tər-suyun içində oxuyurdu. Sonra Zülfiyyə xanım gəlib cəmi 2 mahnı oxudu. Toy sahibi isə bir dəst 100 dolları sazının üstünə qoydu.
Həmin müğənninin ürəyi getdi. Qırğın düşdü. Bir müddət sonra yenə bir məclisə düşdük. Bu dəfə də 2 mahnı oxumağına görə sazının arasına 10 min dollar qoydular. Bu barədə əlimdə görüntülər var. Videolarla sübut edə bilərəm".
"Cebheinfo.az"