Azərbaycan I rübdə büdcə xərclərinin 3,4 %-ni səhiyyəyə yönəldib

Azərbaycan I rübdə büdcə xərclərinin 3,4 %-ni səhiyyəyə yönəldib

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində səhiyyə xərcləri 70,2 % və yaxud 279,7 milyon manat səviyyəsində icra olunub.

"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 % və yaxud 228,1 milyon manat azdır.

Hesabat dövründə ümumi səhiyyə xərcləri faktiki büdcə xərclərinin 3,4 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 993,578 milyon manat səviyyəsində nəzərə tutulub.

"Cebheinfo.az"