Aybəniz Haşımovanın qızına qarşı dələduzluq edildi

Tanınmış bloger Aynişan Quliyevaya qarşı dələduzluq edilib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, naməlum şəxs onun adından anası, Əməkdar artist Aybəniz Haşımovaya və digər yaxınlara mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib.
Bu barədə Aynişan şəxsi instaqram hesabınad qeyd edib.
O bildirib ki, sözügedən şəxs onun teleqram hesabını ələ keçirərək hamıdan pul istəyib.
Bloger artıq bununla bağlı şikayət də edib. O polis bölmələrindən birində yaxınlaşaraq həçmin dələduz barəsində şikayət ərizəsi yazıb.
"Cebheinfo.az"