Almaniya Türkiyə ilə bağlı vədinə xilaf çıxdı

Rusiyadan “S-400” zenit-raket kompleksləri (ZRK) alması səbəbindən “F-35” döyüş təyyarələri ala bilməyən Türkiyə bu boşluğu “Eurofighter Typhoon” qırıcısı ilə doldurmağı düşünürdü.
“Cebheinfo.az” xəbər verir ki, İngiltərənin təsdiq etdiyi proses Almaniya tərəfindən pozulub.
Belə ki, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts hökumətinin səlahiyyət müddətinin bitməsinə az qalmış “Eurofighter Typhoon” qırıcı təyyarələri satmaq vədindən geri çəkilib.
Hazırda yalnız kansler səlahiyyətlərini icra edən Olaf Şolts hökuməti getdikcə daha çox tənqidlərə səbəb olan qərar qəbul edir.
“Handelsblatt”-ın hökumət dairələrindən aldığı məlumata görə, Türkiyəyə “Eurofighter Typhoon” qırıcı təyyarələrin çatdırılması əngəllənir.
Almaniya hökumət dairələri ixrac icazəsi əleyhinə qərarın mühüm səbəblərindən biri kimi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsini göstərib.
Berlin hökuməti “Eurofighter Typhoon” qırıcılarının satış prosesini Türkiyənin daxili siyasəti ilə əlaqələndirib və ortaya çıxan mənzərəni “Türk demokratiyasına hücum” sözləri ilə hədəfləyib.
Bu səbəbdən təyyarə satışının dayandırıldığı açıqlanıb.
Hazırda müvəqqəti olaraq kansler səlahiyyətlərini icra edən Olaf Şolts oktyabr ayında İstanbula etdiyi səfərdə Türkiyəyə ixracatı bu sözlərlə müdafiə edib:
“Türkiyə NATO üzvüdür və buna görə də biz davamlı olaraq konkret çatdırılmalara səbəb olan qərarlar qəbul edirik”.
Nigar
“Cebheinfo.az”