Milorad Dodik Kallasın təhdidlərinə cavab verdi

"Serb Respublikası"nın (Bosniya və Herseqovinanın tərkibindəki qondarma qurum) başçısı Milorad Dodik deyib ki, 9 May - Qələbə Gününün 80 illiyi ilə bağlı Moskvaya səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, Milorad Dodik bu qərarın dəyişməyəcəyini bildirib.
“9 mayda yenə Moskvaya gedəcəyəm Kaja Kallas nə deyir, desin, fikrim dəyişməyəcək”, - Dodik bu sözləri Serbiya mətbuatına açıqlamasında deyib.
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bir neçə gün əvvəl çıxış edərək, Aİ-yə üzv olmaq istəyən ölkələrə çağırış etmişdi ki, 9 mayda Moskvaya getməsinlər və əvəzində Kiyevə səfər etsinlər.
O, Aİ-yə qoşulmaq istəyən dövlətlərin xarici siyasətlərini bir müddət sonra Avropa İttifaqının siyasətinə uyğunlaşdırmalı olduğunu da xatırlatmışdı.
Amma Milorad Dodik bu təzyiqlərdən çəkinmir. O, Rusiya Prezidenti Vladimir Putinin onu Moskvaya dəvət etməsini “böyük şərəf” adlandırıb və bildirib ki, sanksiyalar təhlükəsinə baxmayaraq, Moskvadakı tədbirdə iştirak edəcək.
Xatırladaq ki, Bosniya və Herseqovina 2022-ci ilin sonunda Avropa İttifaqına namizəd statusu alıb.
Səbinə Uğur
"Cebheinfo.az