Lavrov: "Rusiya Tehran və Vaşinqton arasında vasitəçiliyə hazırdır"

Rusiya İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqlarda istənilən vasitəçi rolunu oynamağa hazırdır və hesab edir ki, istənilən razılaşma yalnız nüvə sahəsinə aid olmalıdır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Rusiya bu prosesi asanlaşdırmağa hazırdır və İİslam Respublikasının qanuni maraqlarını nəzərə alan sazişləri hər cür dəstəkləyəcək.
“Biz kömək etməyə, vasitəçilik etməyə, İran baxımından faydalı və ABŞ üçün məqbul olan istənilən rolu oynamağa hazırıq”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfi saziş üçün yeganə variantın müstəsna olaraq nüvə məsələlərinə dair razılaşma olmasına istinad edir.
"Cebheinfo.az"