Putin İrana rəsmi səfərə gedir

Putin İrana rəsmi səfərə gedir

Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ildə Tehrana səfərini gözlədiklərini bildirib.

"Cebheinfo.az" "TASS"a istinadən xəbər verir ki, Əraqçi "İran Prezidenti cənab Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putini Tehrana səfərə dəvət edib. Ümid edirik ki, bu səfər bu il ərzində baş tutacaq" deyə bildirib.

Pezeşkian bu ilin əvvəlində Moskvaya səfər edib. Yanvarın 17-də Kremldə keçirilən danışıqlardan sonra Rusiya və İran prezidentləri iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.

Nigar Hacılı 
"Cebheinfo.az"