Pakistanın bu hava limanlarında uçuşlar dayandırılıb

Hindistanın Pakistana endirdiyi hava hücumlarından sonra Kəraçi, Lahor və Sialkot hava limanlarında uçuşların dayandırıldığı bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Pakistanın Mülki Aviasiya İdarəsi üç hava limanında uçuş əməliyyatlarının günorta saatlarına qədər dayandırıldığını açıqlayıb.
Uçuşların dayandırılması ilə əlaqədar bir çox aviaşirkət Pakistana uçuşları dayandırıb.
Pakistan hücumlardan sonra hava məkanını 48 saat müddətinə bağladığını və bir müddət sonra uçuşların istiqamətinin dəyişdirilməsinin bərpa olunduğunu açıqlayıb. Paytaxt İslamabaddan Lahora uçuşlar Kəraçi və digər şəhərlərə köçürülürdü.
Nigar Hacılı
"Cebheinfo.az"