Rusiya kimyəvi silahdan istifadə edib - HESABAT

Rusiya kimyəvi silahdan istifadə edib - HESABAT

Avropa İttifaqı Şurası ilk dəfə Rusiyanı Ukraynada müharibə vasitəsi kimi CS gözyaşardıcı qazdan istifadə etməkdə rəsmi şəkildə ittiham edib. 

Bununla bağlı ən yeni sanksiyalar reqlamenti hazırlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun sənədin mətnini nəzərdən keçirən araşdırma layihəsi olan “Sistema” məlumat yayıb. 

Reqlamentin izahat hissəsində bildirilir ki, Aİ-nin gəldiyi nəticələr Ukrayna tərəfinin müraciəti əsasında 2024-cü ilin noyabrında və 2025-ci ilin fevralında dərc edilmiş Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) hesabatlarına əsaslanır. Bu hesabatlar Dnepropetrovsk vilayətində yerləşən Maryevka və İlyinka qəsəbələri yaxınlığında CS qazından istifadənin sənədləşdirilmiş hallarını araşdırır.

Araşdırmalar qazdan istifadəyə dair güclü dəlillər ortaya çıxarıb. Belə ki, hücumlardan sonra götürülmüş torpaq və su nümunələrində CS izləri aşkar edilib; ukraynalı hərbçilərin ifadələri toplanıb və həmçinin RG-Vo əl qumbaralarının gövdələrinin fotoşəkilləri qeydə alınıb. Abbreviatura "əl qumbarası - zəhərli maddə" deməkdir. 

Bu sursatlar Rusiya istehsalıdır. Üstəlik, hələ 2024-cü ildə Rusiyanın RT təbliğat kanalı süjetlərinin birində bu cür qumbaraatanların Rusiya hərbçiləri tərəfindən döyüş əməliyyatları zamanı istifadə edildiyini göstərib.

Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, CS olan kapsullar təkcə qumbaraatanlarda deyil, həm də Rusiya ordusunun Ukrayna ərazisinə hücumlarında fəal şəkildə istifadə etdiyi İrana məxsus “Şahed” tipli pilotsuz uçuş aparatlarının içərisində də var.

“Vəziyyətin ağırlığını, gözyaşardıcı qazın sənədləşdirilmiş istifadəsi ilə bağlı Rusiya tərəfindən etibarlı izahatın olmamasını nəzərə alaraq və kimyəvi silahların istifadəsinə dair qlobal qadağanı gücləndirmək üçün Avropa İttifaqı OPCW-ni bu agentlərdən sənədləşdirilmiş istifadənin müharibə üsulu kimi tez bir zamanda atributunu həyata keçirməyə çağırır”, - Aİ-nin Sanksiya Şurası qeyd edir.

Sanksiya layihəsinə əsasən, məhdudiyyətlərə məruz qalan şəxslər və təşkilatların yenilənmiş siyahısına Rusiya Müdafiə Nazirliyinin kimyəvi silahlarla birbaşa əlaqəli bölmələri- Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, həmçinin zəhərli maddələrin hazırlanması və mümkün istifadəsi ilə məşğul olan 27 və 33-cü tədqiqat mərkəzləri daxil ediləcək.

Xəzər
“Cebheinfo.az”