İranda güclü zəlzələ

Bu gün İranda yerli vaxtla saat 08:53-də İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Modern.az-ın məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 9 km dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
"Cebheinfo.az"