Helikopter qəzası: 5 ölü, 2 yaralı

Helikopter qəzası: 5 ölü, 2 yaralı

Hindistanın Uttarkashi bölgəsində yerləşən Qanganani İsti Su Bulaqları yaxınlığında yerli vaxtla saat 09:00 radələrində özəl helikopter qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, biri ağır olmaqla, 2 nəfər yaralanıb.

Uttarakhand ştatının Baş naziri Puşkar Sinq Dhami  qəzanın səbəblərinin araşdırılması üçün göstəriş verdiyini bildirib.

Məlumata görə, 7 yerlik bu özəl helikopter hadisə zamanı Gangotri istiqamətində hərəkətdə olub.

Əfsanə Rəcəb
"Cebheinfo.az"