Abşeronda əməliyyat: 19 kq narkotik ələ keçirildi

Abşeronda əməliyyat: 19 kq narkotik ələ keçirildi

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Abşeronda əməliyyat keçirib.

"Cebheinfo.az" xəbər verir ki, 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.  

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

"Cebheinfo.az"