Amerikada həyat bahalaşıb - ARAŞDIRMA

ABŞ-də aparılan bir araşdırmaya görə, hər dörd nəfərdən biri həyat yoldaşından ayrılmaq istəsə də, həyatın bahalılığı səbəbilə evliliyini davam etdirməyə məcbur qalır.
“Cebheinfo.az” xəbər verir ki, artan kirayə, yüksək həyat xərcləri və inflyasiya bir çox cütlüyü romantikanı bir kənara qoyaraq maliyyə baxımından bir-birinə dəstək olaraq birlikdə yaşamağa vadar edir.
Xüsusilə Nyu-York kimi böyük şəhərlərdə birgə yaşamaq illik 50 min dollara qədər qənaət etməyə imkan yaradır.
Ayrıldıqdan sonra yeni evə köçmək, mebel almaq, alış-veriş və ya istirahət səfərləri kimi xərclər isə 4 min dolları keçə bilir.
Cütlüklərin 86 faizi maliyyə məsələlərinə görə mübahisə etdiyini bildirir, 41 faizi isə məhz bu səbəbdən ayrıldığını deyir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”