"Ümid"in məşqçisi 5 oyunluq cəzalanıb

AFFA iki futbolçunu 4, bir məşqçini 5 oyunluq cəzalandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycanın II Liqasının XXIV turunda baş tutan “Kür-Araz” – “Hypers Guba” oyununun 67-ci dəqiqəsində qonaq komandanın futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, klubu 300 manat cərimələnib.
Digər cəzalar isə AFFA U-15 Qızlar Liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” – “Ümid” matçında yaşananlara görə verilib. Görüşün 36-cı dəqiqəsində “Şəfa”nın futbolçusu Ebru Əmirovaya rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza verilib.
"Ümid"in məşqçisi Hürzad İsmayilov isə 5 oyunluq diskvalifikasiya edilib. Buna onun 36-cı dəqiqədə rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılması səbəb olub.
"Cebheinfo.az"