Qubada soyuducu anbar yandı

Qubada soyuducu anbar yandı

Qubada soyuducu anbar yanıb.

"Cebheinfo.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 2000 m² olan dəmir konstruksiyalardan ibarət soyuducu anbarın poliuretan materialdan ibarət üzlüyü 200 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"