Esse müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Ulu Öndərin yolu ilə” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müsabiqə Dövlət Agentliyi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə tərafdaşlığı çərçivəsində baş tutub.
Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov, şagirdlər, “ASAN könüllüləri” və digər qonaqlar iştirak ediblər.
Layihənin məqsədi Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi, uşaqlarda vətənpərvərlik hisslərinin, milli kimliyə bağlılığın və liderlik bacarıqlarının gücləndirilməsidir.
Müsabiqə 5–11-ci sinif şagirdləri arasında keçirilib.Mərasimdə qaliblərə diplom və sertifikatlar, eyni zamanda xatirə hədiyyələri təqdim olunub.
Həmçinin şagirdlər “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Nigar
"Cebheinfo.az"