Qusarda zəlzələ oldu

Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 00:07-də Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
"Cebheinfo.az"