Sahibə Qafarova Sankt-Peterburqda çıxış etdi - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.
"Cebheinfo.az"