KİV: Rusiya və Ukrayna sabah təxminən 500 məhbusu dəyişə bilər

KİV: Rusiya və Ukrayna sabah təxminən 500 məhbusu dəyişə bilər

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u şənbə günü yeni məhbus mübadiləsi həyata keçirəcək.

Bu haqda “Sky News“ məlumat yayıb.

Məlumata görə mübadilə çərçivəsində 500-ə yaxın rus və ukraynalı məhbus, həmçinin 46 yaralı hərbçi qaytarılacaq. Mübadilədə hər tərəfdən 246 məhbusun iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, BƏƏ-nin vasitəçiliyi ilə azad edilənlərin ümumi sayı 3233 nəfərə çatıb.

"Cebheinfo.az"