Qara zirənin inanılmaz faydaları

Qara zirə min illərdir ənənəvi tibbdə istifadə olunan bir bitkidir.
Dünya alimləri isə bu kiçik qara toxumların planetdəki ən güclü təbii iltihab əleyhinə qidalardan biri ola biləcəyini vurğulayırlar.
Bəzi müstəqil ekspertlər hətta qara zirə toxumunun iltihabla mübarizədə zerdeçal və zəncəfildən daha təsirli ola biləcəyini bildirirlər.
Bəs qara zirəni bu qədər xüsusi edən nədir?
"Cebheinfo.az" qara zirənin faydalarını təqdim edir:
Qara zirə (çörəkotu) tərkibindəki thymoquinone adlı antioksidant maddə həm iltihabla mübarizə aparır, həm də immunitet sistemini gücləndirir qaraciyər, böyrəklər, ürək və beyin kimi orqanları qoruyur. Thymoquinone ən böyük üstünlüyü təbii şəkildə, sərt yan təsirləri olmadan işləməsidir. Bədəni sakitləşdirir, şişkinliyi azaldır və içəridən sağalmanı təşviq edir.
Zerdeçal və zəncəfil xüsusən, oynaq ağrısı, həzm problemləri və soyuqdəymə əlamətlərinə qarşı geniş istifadə olunur. Bununla belə, yeni araşdırmalar göstərir ki, qara zirə toxumu onlara nisbətən daha təsirlidir. 2021-ci ildə aparılan bir araşdırmada qara zirə ekstraktı iltihabı zerdeçal və zəncəfildən daha güclü şəkildə azaldır. Qara zirə toxumu orqanizmə daha dərindən nüfuz edə və təsirini daha uzun müddət saxlaya bilir. Bu, zerdeçal və ya zəncəfildən imtina etməli olduğunuz anlamına gəlmir.
Qara zirə toxumu təkcə ağrıları və şişkinliyi azaltmır, həm də bütün bədəni dəstəkləyir. Tənəffüs yollarının iltihabını azaltmaqla astma və öskürəyə kömək edir.Artrit zamanı sərtliyi və ağrıları aradan qaldırır. Şişkinliyi, qazı və həzmi sakitləşdirir. Xolesterolu azaldır və qan təzyiqini tənzimləyir. Beyin hüceyrələrini qoruyur və yaddaşı dəstəkləyir. Qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir.
Qara zirə toxumu müxtəlif üsullarla istifadə edilə bilər. Məsələn, hər səhər bir neçə toxum çeynəyin. Bir neçə damcı isti suya və ya yeməkdə istifadə edilə bilər. Salatların, şorbaların üzərinə səpin. Bəzi insanlar daha yaxşı dad və daha tez rahatlama üçün qara zirə yağını bal və ya ilıq su ilə qarışdırmağı üstün tuturlar.
Əfsanə Rəcəb
"Cebheinfo.az"