ABŞ-də listerioz xəstəliyi: 2 nəfər ölüb, 28 nəfər…

ABŞ-də listerioz xəstəliyi: 2 nəfər ölüb, 28 nəfər…

Amerika Birləşmiş Ştatlarının 12 ştatında listerioz xəstəliyi qeydə alınıb.

"Cebhe.info" TAAS istinadən xəbər verir ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 28 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər isə ölüb.

Xəstələnənlərin 89 %-i mağazalardan alınan əti yeyiblər. 

Bildirək ki, listerioz zoonoz təbiətə malik bakterial mənşəli infeksion xəstəlikdir, onu listeriyanın patogeni törədir. Xəstəlik zamanı əsasən limfa düyünləri, qara ciyər, dalaq, mərkəzi sinir sistemi zədələnir.

Xəstəliyin törədicisi bütün gəmiricilərdə, quşlarda, vəhşi və ev heyvanlarında tapılır. Mikrob heyvanın nəcisi, sidiyi, südü və s. vasitəsilə ifraz olunaraq əsasən alimentar, bəzən isə transmissiv yolla keçir. Hamilələr və yenidoğulmuşlar listerioza daha tez yoluxur.

Həsən Məmmədov
"Cebhe.info"