Böyük qorxu: Kürd terrorçular yalvardı

Böyük qorxu: Kürd terrorçular yalvardı

Türkiyənin uğurlu hava əməliyyatından sonra bölgədəki terrorçular qorxuya düşüb.

Terrorçuların lideri “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahin ABŞ rəhbərliyinə mətbuat vasitəsilə müraciət edib.

Cebhe.info xəbər verir ki, Türkiyənin “Pəncə- Qılınç” hava əməliyyatı çərçivəsində terrorçuların hədəfləri uğurla vurulub, quru əməliyyatı ilə bağlı proseslər gücləndirilib. Prezident Ərdoğanın “Tel Rıfat, Minbic, Ayn əl-Ərəb kimi çibanın başı olan yerlərlə bir-bir məşğul olacağıq” sözlərinin əks-sədası davam edərkən, terrorçular çarəni ABŞ-a yalvarmaqda tapıblar. ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” böyük qalmaqala imza atıb. "Onurğa sütununu" terror təşkilatları PKK/PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin komandanı Ferhat Abdi Şahin "Washington Post" üçün məqalə yazıb.

“ABŞ-ın Suriyada ən sadiq müttəfiqiyik, bizi unutma” başlıqlı yazıda Şahin Ayn əl- Ərəbin yenidən təhdid altında olduğunu iddia edib. Terrorçuların lideri Türkiyəni nəzərdə tutaraq təhlükənin NATO ölkəsindən gəldiyini iddia edib.

Beynəlxalq ictimaiyyətə çağırış edən Şahin əməliyyatın qarşısını almaq üçün “dərhal konkret addımlar atmağa” çağırıb. Terrorçu lider son bir neçə gündə ABŞ Prezidenti Baydendən az qala kömək diləyib və ona müraciətində "Seçki dövründə kürdləri qorumaq çağırışını xatırlayın" deyib. Hava hücumlarının quru əməliyyatının xəbərçisi olduğuna inandığını deyən Şahin bu sözlərlə ABŞ hökumətinə müraciət edib: "İndiyə qədər verilən açıqlamalar Türkiyənin bizə qarşı yeni əməliyyatlara başlamaq planlarını dayandırmağa kifayət etmədi”.

Qeyd edək ki, “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında sərhəd xəttinə 140 kilometr məsafədə yerləşən Asos və 90 kilometr uzaqlıqdakı Qəndildə eyni vaxtda hədəfləri məhv edib. Əməliyyat Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarına uyğun olaraq həyata keçirilib.

Nigar
Cebhe.info