İsveçrə parlamenti yardım planını dəstəkləyib

İsveçrə parlamenti yardım planını dəstəkləyib

İsveçrə parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər paketi çərçivəsində adıçəkilən ölkəyə 5 milyard İsveçrə frankı (5,5 milyard ABŞ dolları) verilməsi planını dəstəkləyib.

Bu barədə parlamentin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Rəsmi açıqlamadan anlaşılır ki, söhbət xüsusi qanunla tənzimlənən və rəsmi Kiyevin maliyyə ehtiyaclarının ödəniləcəyi fondun yaradılmasından gedir. İsveçrənin bu fonda töhfəsi 5 milyard frank təşkil etməlidir. Bu vəsait Ukraynanın mülki infrastrukturunun bərpasına yönəldiləcək.

Tədbirlər paketi Ukraynaya yardım üçün pul ayrılması ilə yanaşı, 2025-ci ildən 2028-ci ilə qədər olan dövrdə İsveçrə Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin 4 milyard frank artırılmasını (29,8 milyard franka çatdırılmasını) nəzərdə tutur və ordunun döyüş qabiliyyətinin tezliklə gücləndirilməsinə yönəlib.

"Cebhe.info"